Bu gün səhər saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verən qəzada ölən şəxslərin kimliyi məlum olub.
Hadisə nəticəsində "Kamaz" və "Qazel" markalı yük avtomobilləri toqquşub.
Nəticədə "Qazel"in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan AZXEBER.COM- a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.









































