Röya Ayxan xəstəxanaya çatdırılıb.
AZXEBER.COM xəbər verir ki, klinikadan BakuPost-a verilən xəbərə görə, o, təcili tibbi yardım şöbəsinə qəbul edilib. Müğənniyə ilkin tibbi müdaxilə edilib. İlkin həkim rəyinə görə, Röya ciddi xəsarət almayıb. Onun əsasən qol nahiyəsi əzilib.
Hadisənin necə baş verməsi ilə bağlı hər hansı məlumat yoxdur.