Ağır xəstəlikdən əziyyət çəkən xalq şairimiz İsrailə qayıdıb

MƏDƏNİYYƏT
13:55 26.03.2014
2045
Martın 19-da Vaqif Səmədoğluna “Nəsimi” mükafatını təqdim edilmişdir.
Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu müalicə üçün yenidən İsrailə qayıdıb.
AZXEBER.COM xəbər verir ki, xalq şairi Fikrət Qocanın APA-ya verdiyi məlumata görə, V. Səmədoğlu İsrailə martın 24-də yola düşüb.
Qeyd edək ki, V. Səmədoğlu xərçəngdən əziyyət çəkir.
O, Novruz bayramını qeyd etmək üçün İsraildə aldığı müalicəyə bir neçə günlük fasilə verib Bakıya gəlmişdi.
Martın 19-da Azərbaycan Yazıçılar Birliyinin sədri Anar şairə birliyin “Nəsimi” mükafatını təqdim etmişdi.

OXŞAR XƏBƏRLƏR