Türkiyənin Kütahya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Trend çərşənbə günü "Anadolu" agentliyinə istinadən məlumat verir.Məlumata görə, sərnişin avtobusu yük maşını ilə toqquşub. Yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Onların hamısı Türkiyə vətəndaşlarıdır.