Ajda Pekkanın bacısı xərçəngə qalib gəldi

Ajda Pekkanın bacısı xərçəngə qalib gəldi
MAQAZİN
18:59 18.03.2026
238
Xərçənglə mübarizə aparan Semiramis Pekkan şarlar uçuraraq xoş xəbəri elan edib.

AZXEBER.COM xəbər verir ki, bir müddətdir Ajda Pekkanın bacısı, müğənni Semiramis Pekkan xərçənglə mübarizə aparır. Və nəhayət, o, ağciyər xərçəngi ilə mübarizəsini tamamlayaraq izləyicilərinə xoş xəbəri verib. Pekkan kimyaterapiya prosesinin sona çatdığını şarlar uçuraraq elan edib.

77 yaşlı Semiramis Pekkan bu xəbəri şəxsi Instagram hesabında paylaşıb. Pekkan paylaşımında yazıb:

"Bugün şar uçurma günümdür. Niyə bilirsiniz? Mən daha əvvəl heç şar uçurmamışdım. Kimyaterapiya bittikdən sonra şar uçurmaq lazım imiş. İnşallah bu şarlar göyə yüksələrkən, mənim də yaşadığım bütün çətinliklər tamamilə bitmiş olacaq. Əslində artıq bitib.”
OXŞAR XƏBƏRLƏR