Akademi Karyera Seminarı İqtisad Universitetində keçirildi - FOTOLAR

GƏNCLİK
22:23 15.03.2012
1719

“Akademi Karyera Seminarı” yenidən Azərbaycan Dövlət İqtisad Universitetinin qonağı oldu.

Martın 13-də Azərbaycan Dövlət İqtisad Universitetində növbəti dəfə “Akademi Karyera Seminarı” keçirilib. Bu haqda redaksiyamıza xəbər verən “Akademi Group” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuranə Ağazadə bildirdi ki, “Akademi Karyera Seminarı layihəsi artıq bir neçə aydır davam edir. Seminar bir müddət əvvəl İqtisad Universitetinin qonağı olmuşdu amma tələbələr tərəfindən növbəti dəfə təklif gəlməsini nəzərə alıb, yenidən həmin universitetdə keçirməyə qərar verdik.

Adətən seminarı hər hansısa universitetdə keçirməmişdən əvvəl kiçik bir sorğu apararaq tələbələrin hansı millət vəkilinin karyerası ilə maraqlandığını və görüşmək istədiyini araşdırırıq. Bu dəfəki sorğuda isə böyük fərqlə qalib “Azərbaycanın ilk ən gənc Millət Vəkili” kimi adını tarixə yazdırmış Fuad Muradov oldu. Həmişə gənclərlə fikir mübadiləsinə açıq olan çox hörmətli Millət Vəkili dəvətimizi qəbul edərək, seminarda iştirakı ilə onu seçən tələbələri sözün əsl mənasında sevindirdi.

Akademi Karyera Seminarının bu dəfəki məruzəçiləri Millət Vəkili Fuad Muradov, PR texnologiyaları və KİV üzrə Azərbaycanda ilk peşəkar ekspert, Gulustan.Ws portalının rəhbəri Əli Hacızadə, Azərbaycanda Sport marketing üzrə ilk peşəkar ekspret və Modern Marketing Group şirkətinin prezidenti Yusif Vəliyev, Azərbaycanda ilk internet radionun təsisçisi, Day.Az Radionun direktoru Zaur Darabzadə, Akademi Group şirkətinin layihələr üzrə müdiri Razi Vəliyev oldu. Seminar tələbələr tərəfindən böyük maraqla qarşılandı. Çıxışlara diqqətlə qulaq asan tələbələr sonda məruzəçilərə suallarını verərək uğurlu karyera qurmaq haqqında ətraflı məsləhətlər aldılar. Disskusiyalar zamanı yeni vakansiyalarla bağlı məlumatlar da tələbələrin diqqətinə çatdırıldı.

Nuranə Ağazadə əlavə etdi ki, “Akademi Karyera Seminarı davamlı şəkildə Azərbaycanın bütün nüfuzlu universitetlərində keçiriləcək. Növbəti seminarın Qafqaz Universitetində keçirilməsini planlkaşdırırq. Məqsədi gənclərə istər təhsil, istərsə də gələcək fəaliyyəti ilə bağlı töhfə vermək olan Akademi Group bu kimi layihələrlə Azərbaycan gənclərinə faydalı olacaq tədbirlərini davam etdirəcək.” Seminar tələbələr tərəfindən böyük maraqla qarşılandı. Çıxışlara diqqətlə qulaq asan tələbələr sonda məruzəçilərə suallarını verərək uğurlu karyera qurmaq haqqında ətraflı məsləhətlər aldılar.

OXŞAR XƏBƏRLƏR