Akademik Vidadi Xəlilovun 75 illiyi keçirilib - Foto

Akademik Vidadi Xəlilovun 75 illiyi keçirilib - Foto
SOSİAL
14:28 27.12.2017
4945
Hazırda elmi-texniki tərəqqi əsrində insanlar elmin öz həyatlarında yerini və əhəmiyyətini xüsusilə aydın dərk edirlər, buna görə də alimin cəmiyyətin inkişafında rolunun artması məntiqlidir. Alimlər istənilən ölkənin fəxri və milli sərvətidir, müasir cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsidir. Məhz alimlər intelligensiyanın önündədirlər, yüksək mənəvi-əxlaqi keyfiyyətlərdə, Vətənə xidmətdə örnəkdirlər, bəşəriyyətin tərəqqisi naminə inkişafın rəmzidirlər.  Belə şəxsiyyətlərdən biri də tanınmış alim, Təhsil Problemləri İnstitutunun baş elmi məsləhətçisi, pedaqogika üzrə elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, ölkənin əməkdar müəllimi Vidadi Xəlilovdur. O, ömrünün 50 ilindən çoxunu estetika və estetik tərbiyə ideyalarının tədqiqinə və həyata keçirilməsinə həsr edib. …-in məlumatına görə, 25 dekabr akademik Vidadi Xəlilovun 75 yaşı tamam oldu!

AZXEBER.COM xəbər verir ki, bu əlamətdar hadisənin şərəfinə görkəmli alimlərin, mədəniyyət və elm xadimlərinin, yaradıcı intelligensiya nümayəndələrinin, akademikin dostlarının və ailə üzvlərinin iştirakı ilə bayram gecəsi keçirilib.

Çıxış edənlər AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi Nazim Kazımov, fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının professoru Əziz Məmmədov və digərləri xeyli sayda istedadlı gənc alim yetişdirən akademik Vidadi Xəlilovun ölkə elminə verdiyi böyük töhfəni, onun yüksək insani keyfiyyətlərini vurğulayıblar.

Qeyd edlib ki, Vidadi Xəlilovun əsas işlərindən biri estetika və estetik tərbiyə sahəsində elmi tədqiqatların, tanınmış bəstəkarlar xalq artisti, Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərov, əməkdar incəsənət xadimi Qəmbər Hüseynli və xalq artisti Oqtay Zülfüqarovun monoqrafiyalarının, habelə təhsil prosesində müasir texnologiyaların rolu haqqında informasiyanın  təqdim olunduğu çoxcildli "Seçilmiş əsərləri”dir. "Seçilmiş əsərlər” insanların mədəni və estetik inkişaf səviyyəsinin artırılmasına, gənclərin tərbiyəsinə, intellektual sağlam cəmiyyətin formalaşdırılmasına xidmət edir.

Həmin gün yubilyarın ünvanına çoxlu səmimi sözlər və təbriklər səslənib.

Azərbaycan Milli Geyim Mərkəzinin və Moda evinin direktoru, sənətşünaslıq üzrə fəlsfə doktoru Gülnarə Xəlilova ailə adından atasının həyat və elm fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib. Maraqlıdır ki, Gülnarə Xəlilova Vidadi Xəlilova həsr olunmuş "Ata Məhəbbəti, Ata İstəyiylə” kitabının müəllifir.

Qonaqlara Azərbaycanın xalq artisti, xalq mahnıları və muğam ifaçısı Səkinə İsmayılova, əməkdar artist, müğənni və bəstəkar Tünzalə Ağayeva, ifaçılar Samirə Allahverdi, Cavid Hüseyn və digərlərinin iştirakı ilə konsert proqramı təqdim edilib.

Sonda Vidadi Xəlilov gecənin bütün qonaqlarına minnətdarlığını bildirib və deyib ki, Azərbaycanın çiçəklənməsi və elmin nkişafı naminə bundan sonra da əmək sərf edəcək.
 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna ilə bağlı suala belə cavab verdi
21:08 13.10.2026
Ukrayna ilə bağlı suala belə cavab verdi
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
21:02 13.10.2026
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
20:49 13.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
20:45 13.10.2026
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
20:40 13.10.2026
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
20:34 13.10.2026
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
20:30 13.10.2026
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
20:25 13.10.2026
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
20:20 13.10.2026
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
20:15 13.10.2026
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
20:10 13.10.2026
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
20:02 13.10.2026
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
19:56 13.10.2026
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
Ukraynanın Rivne şəhərinə hücumda yaralıların sayı 14-ə çatıb
19:38 13.10.2026
Ukraynanın Rivne şəhərinə hücumda yaralıların sayı 14-ə çatıb
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
19:24 13.10.2026
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib
19:11 13.10.2026
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib