Akif Əlidən vəzifədən azad olunmasına münasibət - " Yaradıcılıqla məşğul olacağam"

Akif Əlidən vəzifədən azad olunmasına münasibət - " Yaradıcılıqla məşğul olacağam"
SOSİAL
13:25 15.03.2019
4851
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli vəzifədən azad olunması barədə xəbərə münasibət bildirib.

O, "Report”a açıqlamasında Baş nazir Novruz Məmmədova təqaüdə göndərilməsi üçün müraciət etdiyini deyib: "Bir müddət əvvəl cənab Baş nazirdən təqaüdə göndərilməyim üçün xahiş etmişdim. O da müvafiq qərar verdi. Bundan sonra sırf yaradıcılıq fəaliyyəti ilə məşğul olacağam”.

Qeyd edək ki, A.Əlinin təqaüdə göndərilməsi barədə xəbəri ilk olaraq Modern.az saytı yayıb.
OXŞAR XƏBƏRLƏR