Akif Nağı rəqibi Polad Bülbüloğlu haqda danışdı: Onun namizəd olması...

SİYASƏT
15:20 25.07.2024
1747
"Polad Bülbüloğlu tanınmış sənət adamıdır, eyni zamanda diplomatik təcrübəyə malik siyasətçidir. Onun namizəd olmasına normal yanaşıram".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlunun 1 sentyabr - Növbədənkənar Parlament seçkilərində onun namizəd olduğu dairədən namizəd olmasına münasibət bildirərkən deyib.

Partiya sədri bildirib ki, o, istənilən şəxslə sağlam mübarizə aparmağa hazırdır:

"Mən istənilən şəxslə sağlam mübarizə aparmağa hazıram. Əgər Polad müəllim də mübarizəyə sağlam şəkildə, müəyyən prinsiplər əsasında yanaşacaqsa, hesab edirəm ki, problem yaşanmayacaq. Mən öz namizədliyimə, şansıma tam inanıram. Çünki Azərbaycanın istənilən bölgəsində, xüsusilə Qarabağda mənim qalib gəlmə şansım istənilən adamdan daha çoxdur. Ona görə ki, biz 30 il ərzində Qarabağın azadlığı uğrunda çalışmışıq. Hamının gözünün qarşısında bütün həyatımızı bu prosesə sərf etmişik. Bu addımlarıma görə dəfələrlə tutulmuşam, döyülmüşəm, işdən azad edilmişəm, təzyiqlərə məruz qalmışam, amma bir dəfə yolumdan dönməmişəm. Biz yalnız düzgün yolu - müharibəni yolunu göstərmişik. Cənab Prezident İlham Əliyev də çox sağ olsun ki, uğurlu addımlar atdı və bizim arzularımızı həyata keçirərək torpaqlarımızı işğaldan azad etdi.

Ümumən, Azərbaycan cəmiyyətində müharibə əleyhinə olan həddindən artıq çox adam var. Bu gün özlərini, qalib, fateh kimi göstərərək Şuşada gedib "poza"lar verirlər. Vaxt var idi ki, bu şəxslər bizi az qala xalq düşməni elan edirdilər".

Qeyd edək ki, Akif Nağı və Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsində yarışacaqlar.

Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb