Akif Çovdarov intihara cəhd edib? - – RƏSMİ AÇIQLAMA

Akif Çovdarov intihara cəhd edib? - – RƏSMİ AÇIQLAMA
SOSİAL
17:32 04.08.2016
3023
“Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun intihar etməsi ilə bağlı xəbər həqiqəti əks etdirmir”. 
AZXEBER.COM-un məlumatına görə, bu açıqlamanı Bizimyol.info saytının sorğusuna cavab olaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov verib.
Qeyd edib ki, 24saat.org saytı Akif Çovdarovun Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında bir neçə gün öncə intihara cəhd etməsi barədə xəbər yayıb. Xəbərdə bildirilir ki, sabiq general kamerasında asılmış vəziyyətdə aşkarlanıb və dərhal xəstəxanaya yerləşdirilib. Məlumatda o da qeyd olunur ki, hadisə Kürdəxanı təcridxanasına yeni rəis təyin olunan gün baş verib.
Qeyd edək ki, bir neçə gün əvvəl 1 saylı İstintaq Təcridxanasının rəhbəri Azər Seyidov işdən çıxarılıb və hazırda təcridxananın rəisi vəzifəsini təcridxanaya yeni rəis müavini təyin edilmiş Rəşid Səfərov müvəqqəti icra edir.
Xatırladaq ki, ötən ilin sonlarında MTN ətrafında baş verən hadisələrdən sonra, bu qurumdakı bir çox vəzifəli şəxslə yanaşı, Akif Çovdarov da həbs edilib. A.Çovdarova vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, qanunsuz azadlıqdan məhrum etmə və digər maddələr üzrə ittiham irəli sürülərək barəsində həbs-qətimkan tədbiri seçilib. Akif Çovdarovla bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Hazırda vəkillər və tərəflər cinayət işinin materialları ilə tanış olurlar. Tanışlıq mərhələsi başa çatandan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.
Əlavə edək ki, ötən il dekabr ayında MTN-in Antiterror Mərkəzinin keçmiş rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asmışdı. İntiharla bağlı rəsmi açıqlamada bildirlirdi ki, kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb. Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır