Akif Çovdarov: "Məni sifarişlə həbs ediblər..."

Akif Çovdarov: "Məni sifarişlə həbs ediblər..."
SİYASƏT
13:00 02.12.2015
2755
MTN-in zərərsizləşdirilən mütəşəkkil cinayətkar qruplaşmasının ən qəddar personası olan general Akif Çovdarovdan yeni məlumatlar var.
Virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrdən öyrənib ki, Çovdarov ona qarşı irəli sürülən çoxsaylı ağır cinayət ittihamları ilə razılaşmır. Üstəlik həbsinin "sifarişli və qərəzli olduğunu" iddia edir.
Məlumata görə, Akif Çovdarov həbsini kimlərin sifariş verdiyini bildiyini də deyir.
Xatırladaq ki, Çovdarova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, reketlik, quldurluq əməlləri ilə yanaşı, adam oğurluğu maddəsi üzrə də ittiham irəli sürülüb.
Mənbənin bildirdiyinə görə, A.Çovdarov saxlanılma şəraitindən də narazıdır, kamerasının "soyuq olmasından" şikayətlənir. Üstəlik səhhətində (ürəyində, mədəsində) ciddi problemlərin olduğunu əsas gətirərək müntəzəm həkim müayinəsi altında saxlanılmasını istəyir.
Həmçinin məlum olub ki, A.Çovdarov təxminən il yarım əvvəl vəzifəsindən istefa vermək istəyib. Səhhətinin yaxşı olmadığını əsas gətirərək o vaxtkı nazir Eldar Mahmudova müraciət edərək işdən azad olunmasını xahiş edib. Lakin Eldar Mahmudov öz "kassiri"nin işdən çıxmaq xahişini təmin etməyib.
Lakin Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən virtualaz.org saytına bildirmişdilər ki, A.Çovdarovun və onun vəkillərinin bu şikayətinin heç bir əsası yoxdur: "Akif Çovdarov və digərləri 1 saylı İstintaq Təcridxanasında milli qanunvericiliklə müəyyən olunmuş daxili nizamnamə qaydalarına uyğun saxlanılırlar".
Yada salaq ki, Akif Çovdarov ifşa edilərək vəzifədən çıxarılmış sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun "şəxsi kassiri" və "boz kardinal"ı olub. A.Çovdarov uzun illər boyu ictimai xadimlərə, jurnalistlərə və iş adamlarına qarşı qanunazidd əməllər törətməsi ilə "məşhurlaşıb".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Moskvada mobil internet kəsilib
22:24 14.03.2026
Moskvada mobil internet kəsilib
Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO
22:13 14.03.2026
Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO
38 yaşlı qadın dəm qazından zəhərlənərək öldü
21:59 14.03.2026
38 yaşlı qadın dəm qazından zəhərlənərək öldü