Akif Çovdarov: "Utanın, bu nədir, üstümə qoymusunuz?"

Akif Çovdarov: "Utanın, bu nədir, üstümə qoymusunuz?"
SOSİAL
15:10 08.02.2017
1053

 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarənin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses haqqında təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə məlumat verib.

Məhkəmə Kürdəmir rayonunda yerləşən "Xatirə” restoranı və "Baktel” epizodu üzrə davam edib.

///Lent.az
OXŞAR XƏBƏRLƏR