Akif Çovdarovun şantaj yuvaları haqqında şok məlumatlar - "CLEAR"DA NƏ BAŞ VERİR?

Akif Çovdarovun şantaj yuvaları haqqında şok məlumatlar -  "CLEAR"DA NƏ BAŞ VERİR?
SOSİAL
17:28 23.05.2016
10152

Binəqədi rayonunda yerləşən «Clear» hotelin sahibi ilə bağlı ilginc iddialar gündəmə gəlib. Həmin məlumatdarda vurğulanır ki, əslən Yardımlı rayonundan olan Fəxrəddin və Fikrət adlı qardaşlar hotel və çoxsaylı restoranlar işlətməklə yanaşı, həm də beynəlxalq səviyyəli olaya da adlarını yazdırıblar.

İddialara görə, sözügedən şəxslərin adı 2009-cu ildə MTN tərəfindən həyata keçirilmiş əməliyyat zamanı üzə çıxıb. Belə ki, İrana Azərbaycan üzərindən külli miqdarda nüvə yanacağı keçirən dəstə yaxalınır. Onlardan biri 1979-cu il təvəlüdlü Goranboy rayonunun Sarov kənd sakini Tanrıverdiyev İbrahim Hüseyn oğlu olur. Məlumatda deyilir ki, nüvə yanacağı İran ərazisinə Qazax rayonunun “Sınıq körpü” keçid məntəqəsinin ərazisindən keçirilirmiş. Azərbaycan-İran sərhədində uran alverinin getdiyi faktlarla sübuta yetirilib.

Məlumatlara görə, həbs edilən dəstənin üzvlərindən biri də Fəxrəddin adlı iş adamıdır. O da iddia olunur ki, Fəxrəddin və onun Fikrət adlı qardaşı təkcə İranla deyil, Ermənistanla da uran alveri ediblər.

Maraqlı məqamlardan biri də odur ki, «Clear» hotel təkcə bu məsəlləyə görə deyil, həmçinin qadın alverində də adını hallandırır.

Jam.az-a daxil olan məlumatlarda vurğulanır ki, əvvəllər bir gecəsi 70 manata verilən otaq hazırda 90 manata müştəriyə təklif olunur. VİP otaqların qiyməti isə 150 manata kimi qalxıb. Və bura müştərilərin tək daxil olmasına da qəribə baxırlar. Çünki sözügedən hotel yalnız intim xidmətlər üçün «ixtisaslaşıb».

Məlumatlarda o da qeyd olunur ki, hotel rəhbərliyinin müştəri sarıdan korluq çəkməməsinin səbəbi, həm də bir başqadır. İddialara görə, Fəxrəddin və Fikrət adlı qardaşların müştəriləri gizli kamera ilə çəkərək, əllərində «silah» kimi saxlayırlar. Hətta onların «toruna» düşənlər arasında iri çinli məmurların olduğu da qeyd olunur. Bildirilir ki, həmin məmurlardan biri ilə hotel sahibi arasında «soyuq müharibə» gedir.

«Clear»ın sahibləri həmçinin Masallıda da eyni təyinatlı otel inşa etdiriblər. Hətta bu yaxınlarda DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının həmin obyektdə əməliyyat keçirdikləri də vurğulanır. Lakin müəmmalı səbəbdən həmin obyekt əməliyyatdan sonra da fəaliyyətini davam etdirir./Pia.az

Müəmmanın səbəbini isə Azerinfo.org açıb. Belə ki, “Clear” hotelinin arxasında MTN-dəki Akif Çovdarov şəbəkəsi dayanıb. Belə ki, Çovdarovun gizli kasset görüntülərinin əksəriyyəti də “Emerald”, “Clear” və “Astoria Baku” hotellərində baş verib. Vəzifəli şəxslərin, tanınmış simaların “gözdən uzaq” hesab etdikləri bu hotellər, xüsusilə, “Emerald”, “Clear” və “Astoria Baku” hotelləri tələyə çevrilib. Bəzi yüksək çinli məmurların belə burada Mahmudov-Çovdarov şəbəkəsinin qurbanına çevrildiyi gələn məlumatlar arasındadır. Bu məsələdə 2009-cu ildə baş verən hadisənin də rolu olduğu bildirilir. Belə ki, qardaşlar MTN tərəfindən yaxalandıqdan sonra cinayətkar qrupun pis işlərinin icraçısına çevriliblər.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mehriban Əliyeva Nyu-Yorkda ziyafətdə iştirak etdi
23:38 23.09.2025
Mehriban Əliyeva Nyu-Yorkda ziyafətdə iştirak etdi
Prezident İlham Əliyev BMT-nin mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
23:35 23.09.2025
Prezident İlham Əliyev BMT-nin mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
Tramp: Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək
23:24 23.09.2025
Tramp: Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək
"Qızıl top"u 30 ildən sonra ilk dəfə qaradərili futbolçu qazanıb
23:17 23.09.2025
"Qızıl top"u 30 ildən sonra ilk dəfə qaradərili futbolçu qazanıb
İlham Əliyev BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib
22:52 23.09.2025
İlham Əliyev BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşüb  - FOTOLAR
22:34 23.09.2025
Azərbaycan Prezidenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşüb - FOTOLAR
Lənkəranda 10 nömrəli məktəb ilə bağlı məsələyə aydınlıq gətirilib
22:24 23.09.2025
Lənkəranda 10 nömrəli məktəb ilə bağlı məsələyə aydınlıq gətirilib
Tramp zelenski ilə görüşüb
22:10 23.09.2025
Tramp zelenski ilə görüşüb
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
22:05 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
21:50 23.09.2025
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
21:41 23.09.2025
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
21:36 23.09.2025
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
21:33 23.09.2025
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
21:23 23.09.2025
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
21:08 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
21:01 23.09.2025
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər