Akif Qurbanovun vəkilinin iddiaları ilə bağlı DİN-dən AÇIQLAMA

Akif Qurbanovun vəkilinin iddiaları ilə bağlı DİN-dən AÇIQLAMA
SOSİAL
23:17 06.03.2024
240
"Toplum” TV-nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanovun evinə vəkil Şəhla Hümbətovanın buraxılmadığına və zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılan iddialarına aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir.

"Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur”, - deyə məlumatda bildirilib.
OXŞAR XƏBƏRLƏR