Türkiyənin fəal millət vəkillərində olan İdris Bal Türkiyəyə Böyük Millət Məclisində düzənlədiyi mətbuat konfransında Azərbaycana aid sensasion açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, mətbuat konfransını AKP iqtidarını kəskin dillə tənqid üzərində quran İdris Bal, Türkiyənin mövcud iqtidarını Azərbaycanı ermənilərlə şantaj etməkdə suçlayıb. O, İddia edib ki, bu iqtidar Azərbaycandakı F. Gülən məktəblərini qapatmaq uçun rəsmi Bakını yolverilməz və ağlasığmaz bir üsulla təhdid edib. Kütahya bağımsız millət vəkili deyib ki, bu məktəblərin qapanması üçün rəsmi Bakını Türkiyəyə qoyulmuş yatırımlarla və ən əsası da, ermənilərlə təhdid ediblər. Bal iddia edib ki, AKP “məktəblər qapanmasa ermənilərlə sərhədlər, Alican sınır qapısı açılacaq və onlarla münasibətlər normallaşdırılacaq ”.