Türkiyədə yaşanan son hadisələrə baxmayaraq hakim Ədalət və İnkişaf Partiyası yenədə ölkənin yenə ən çox sevilən və simpatiya bəslənilən siyasi təşkilatı olaraq mövqeyini qoruyub saxlayıb.ANS PRESS Türkiyə mediasına istinadən xəbər verir ki, vətəndaşlar arasında “Bu gün parlament seçkiləri keçirilsə, kimə səs verərsiniz” sualı ətrafında rəy sorğusu keçirilib. Sorğuda hakim partiya 51.9 faiz səslə rəqiblərini böyük fərqlə geridə qoyub.