Türkiyədə fəaliyyət göstərən İYİ Partiyanın sədri Meral Akşener Afyonkarahisarda etdiyi çıxışında PKK ilə mübarizə apardığını və PKK üzvü olduğu təqdirdə həbs olunmasını istədiyini bildirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Akşener mitinqdə sərt sözlərdən istifadə edib.
O deyib: "Əgər mən PKK-lıyamsa, toxunulmazlığım yoxdur, Məni dərhal həbs edin, ey əclaflar, məni dərhal həbs edin, nə işiniz var?".
Partiya sədri seçkilərdə qələbə qazanacaqlarını deyib:
"Seçkiyə gedirik, bu seçicilərin bayramıdır. Siyasətçinin millətinin problemlərini dinlədiyi, bunlara həll yolları hazırladığı bir demokratiya bayramıdır. Millətin problemlərini qaldırıb, tərəziyə qoymaq zamanıdır. Sanki seçkiyə yox, müharibə gedirik. Biri çıxıb deyir 14 mayda qazansaq çevrilişdir. Bu qədər biabırçı və əxlaqsız bəyanat ola bilməz. Millətin iradəsinə zərbə deməkdir bu. Bu millət sizi seçdi biz millətimizin qərarına hörmət etdik. Seçkidə millət qərar verir. Millətin iradəsindən qaçmaq olmaz. Millət 14 mayda son sözünü deyəcək".
Gülay