İstanbulun Kadıköy ərazisindən toplanaraq “Gezi Parkı” aksiyasında iştirak edənlərə dəstək üçün yürüyüş edən min nəfərlik bir qrup Boğaziçi Körpüsübağlayıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, polis Anadolu istiqamətində toplanaraq, Boğaziçi Körpüsünə yürüyüş edən aksiya iştirakçılarına Beşiktaşda bibər qazıyla və su şırnağıyla müdaxilə edib.
Türkiyənin digər bölgələrindən də nümayişçilərə dəstək olmaq üçün insanlar İstanbula doğru axın ediblər və bu istiqamətdə nəqliyyatın hərəkəti iflic olub. Taksimdə baş verənlər ölkənin tanınmış sənətçilər tərəfindən də etirazla qarşılanıb. Onlar sosial media vasitəsilə polisin sərt müdaxiləsinə etirazlarını bildiriblər. Nümayişçilərə dəstək olanlar arasında ölkənin 4 böyük futbol klubun tərəfdarları da var. Sosial şəbəkələrdə birləşən tərəfdarlar 51 avtobus və 25 mikroavtobusla İstanbula doğru yola çıxıblar.
Qeyd edək ki, hazırda polis 81 nəfəri həbs edib.