Türkiyəli məşhur aktrisa Cansu Derenin təyyarədə halı pisləşib.
AZXEBER.COM BAKU.WS-ə istinadla xəbər verir ki, hadisə aktrisanın həmkarı Melis Sezenlə mükafat almaq üçün İspaniyaya səfəri zamanı baş verib.
Məlumata görə, halı pisləşən Dere təyyarəyə minə bilməyib.
O dərhal xəstəxanaya aparılıb və aktrisaya qida zəhərlənməsi diaqnozu qoyulub. Onun səfəri ləğv edilib.
Həmkarı Melis Sezen isə sabahkı mərasim üçün İspaniyaya yollanıb.
Qeyd edək ki, Dere və Sezen "Sadakatsiz" serialında baş rolda çəkiliblər.