AZXEBER.COM-un məlumatına görə, aktyor xeyli müddətdir ki , böyrək çatışmazlığı və xroniki qlomerulonefritin kəskinləşməsi xəstəliyindən əziyyət çəkir. Son vaxtlar R. Rəhimovun xəstəliyi daha da kəskinləşdiyi üçün həkimlər təcili böyrək köçürülmə əməliyyatını vacib hesab edirlər. Bu əməliyyat böyük vəsait tələb edir. Hər iki böyrək funksiyasını yetərincə yerinə yetirə bilmədiyi üçün qanda kreotin miqdarı artmaqda davam edir. Ona görə də aktyorun təcili əməliyyata ehtiyacı var.