Məşhur aktyor Corc Kluninin sevgilisi, model Elizabeta Kanalis heyvanları qorumaq məqsədilə qeyri-adi aksiya keçirib. ANS PRESS-in “CNN Türk”ə istinadən verdiyi məlumata görə, “Kürk geyinməkdənsə, çılpaq gəzərəm” şüarı adı altında küçədən tapdığı itlə birlikdə çılpaq fotolar çəkdirib.
Kanalis aksiya haqqında "İtalia 1" kanalına verdiyi açıqlamada bunları deyib: “Çox kiçik idim. Bir dəfə heyvanları necə öldürüldüklərinin şahidi oldum. O gündən sonra qərar verdim ki, əsla əynimə kürk geyinməyəcəm”.
{jcomments off}