"Aktyor oğluna yox, hüquqşünasa ərə gedirəm" - Aysun İsmayılova

"Aktyor oğluna yox, hüquqşünasa ərə gedirəm" - Aysun İsmayılova
MAQAZİN
19:13 28.10.2023
528
Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, Elməddin Cəfərovun " Aysunu oğluma almaram. Toya gedir, oğluma qulluq eləməz" sözlərindən sonra Aysun, instagram hesabından Elməddinə cavab verib. 

Müğənni "düşünürəm ki, bunu yaxşı mənada demisiz. Amma  mən işi, pulu olan oğlana ərə gedirəmsə, niyə toylara gedim ki? Hal - hazırda da  hüquqşünasla ailə qururam" deyə bildirib.

Qeyd edək ki, Aysunun ailə qurduğu deyilən şəxs 30 nömrəli vəkillər bürosunun sədri Ramil Vəliyevdir.

Ramil Vəliyev Bakı Dövlət Üniversitetinin hüquq fakultəsini yüksək dərəcəli fərqlənmə diplomu ilə bitirib, böyük intelektual savada malikdir. O, həmçinin məhkəmə və hüquq-mühafizə orqanlarında bir çox tanınmış şəxslərin o cümlədən media nümayəndələrinin, jurnalistlərin hüquqlarını müdafiə edir.

Aysel
OXŞAR XƏBƏRLƏR