Aktyor və aktrisa olmaq istəyənlər üçün yeni imkan - FOTO

MƏDƏNİYYƏT
13:34 07.01.2014
11233

Bu layihə Osmanlı Film, Azərbaycan Film, “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkəti, “İrəli” İctimai Birliyi, 19 qrup, 28 Cinema və İlkmedia şirkətlərinin təşkilatçılığı ilə baş tutub. Layihədə yalnız gənclər deyil, bu sahədə istedadı olan hər kəs iştirak edə bilər”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında “Yeni İstedad” layihəsinin rəhbəri Kəmalə Quliyeva söyləyib. O bu layihənin istedadlı aktyor və aktrisaları mədəniyyətimizə qazandıracağını deyib:

“Bu cür layihələr vasitəsi ilə hər kəs özündə olan istedadını, bacarığını ortaya qoyur. Bu gün bildiyiniz kimi kinomuz çox böyük inkişaf qət edib və yeni filmlər çəkilir. Bu gün eyni zamanda bizim çox istedadlı aktyor və aktrisalarımız var. Mən onları dəstəkləyir və alqışlayıram. Bu layihədə bizim əsas məqsədimiz də yeni istedadlı, bacarıqlı aktyor və aktrisaları üzə çıxartmaq və onları peşəkar səhnəyə qazandırmaqdır”.

Layihə rəhbəri hazırda layihəyə çox böyük marağın olduğunu da söyləyib. K.Quliyevanın sözlərinə görə layihə ərzində seçimlər 3 mərhələdən ibarət olacaq və peşəkar aktyorlar və aktrisalar tərəfindən hər kəsin performansı qiymətləndiriləcək. Digər mərhələyə keçən şəxslər eyni zamanda ustad dərsləri alacaqlar.

“Layihəmizə özünə güvənən hər kəs qoşula bilər. Bunun üçün “boxca.az”-dan ərizə formasını endirib onu doldurmaq lazımdır. Daha sonra bu ərizə formasını [email protected]/* */ elektron ünvanına göndərmək lazımdır. Müraciət müddəti 25 yanvara kimidir. Əlaqə nömrəmiz isə, 051-412-12-03 nömrəsidir. Müraciət etmək istəyənlərin tələsməsi vacibdir”.

OXŞAR XƏBƏRLƏR