"Al Arabiya": Memorandum çərçivəsində İrana 300 milyard dollar investisiya yatırılacaq

"Al Arabiya": Memorandum çərçivəsində İrana 300 milyard dollar investisiya yatırılacaq
DÜNYA
23:50 16.06.2026
139
ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair memorandumda İslam Respublikasına investisiyaların stimullaşdırılması üçün 300 milyard dollar məbləğində özəl fondun yaradılması nəzərdə tutulub.

Bu, "Al Arabiya" telekanalı tərəfindən dərc edilmiş sənədin surətindən məlum olur.

Mənbələr qeyd edirlər ki, bu məbləğin yarısından çoxu artıq ayrılıb.

Cümə günü İsveçrədə imzalanması gözlənilən 14 bəndlik razılaşmaya aşağıdakılar daxildir:

1. İran İslam Respublikası və Birləşmiş Ştatlar, hazırkı müttəfiqləri ilə birlikdə Anlaşma Memorandumunun imzalanmasından sonra Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dərhal və yekun olaraq dayandırıldığını bəyan edir və bundan sonra bir-birinə qarşı heç bir düşmənçilik hərəkətləri etməməyi, bir-birinə qarşı güc tətbiq etməkdən və ya bununla hədələməkdən çəkinməyi öhdələrinə götürürlər. Yekun razılaşma bu maddənin və digər maddələrin müddəalarını təsdiqləyəcək.

2. İran İslam Respublikası və Birləşmiş Ştatlar bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi və daxili işlərinə qarışmaqdan çəkinməyi öhdələrinə götürürlər;

3. İran İslam Respublikası və Birləşmiş Ştatlar qarşılıqlı razılıq əsasında uzadılma imkanı olmaqla, maksimum 60 gün ərzində danışıqlar aparmağı və yekun razılaşma əldə etməyi öhdələrinə götürür;

4. Bu Anlaşma Memorandumunun imzalanmasından dərhal sonra Birləşmiş Ştatlar dəniz blokadasını aradan qaldıracaq və İrana qarşı hər hansı müdaxilənin və ya maneənin qarşısını alacaq, həmçinin maksimum 30 gün ərzində gəmiçiliyi tam ötürücülük qabiliyyətinə qədər bərpa edəcək; gəmiçilik İran İslam Respublikası tərəfindən müharibədən əvvəlki gəmiçilik həcminə mütənasib olacaq. Birləşmiş Ştatlar həmçinin yekun razılaşma əldə edildikdən sonra 30 gün ərzində öz qoşunlarını bitişik ərazilərdən çıxarmağı öhdəsinə götürür;

5. Bu Anlaşma Memorandumu imzalandıqdan sonra İran İslam Respublikası, texniki maneələrin aradan qaldırılması və minaların İran tərəfindən zərərsizləşdirilməsi zərurətini nəzərə alaraq, Fars körfəzindən Oman dənizi və əks istiqamətdə ticarət gəmilərinin hərəkətinin müharibədən əvvəlki həcmdə 30 gün ərzində bərpa olunmasını təmin etmək üçün dərhal addımlar atacaq;

6. Birləşmiş Ştatlar və müttəfiqləri ən azı 300 milyard dollar məbləğində maliyyələşməni təmin etməklə, İranın bərpası və iqtisadi inkişafı üçün regional tərəfdaşları ilə birlikdə qarşılıqlı razılaşdırılmış hərtərəfli plan hazırlamağı öhdəsinə götürür. Bu planın icra mexanizmi yekun razılaşmanın tərkib hissəsi kimi 60 gün ərzində hazırlanacaq;

7. Birləşmiş Ştatlar yekun razılaşma çərçivəsində razılaşdırılacaq qrafikə uyğun olaraq, hazırda İrana qarşı tətbiq edilən bütün növ sanksiyaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının qətnamələrini dayandırmağı öhdəsinə götürür.

8. İran bir daha bəyan edir ki, heç vaxt nüvə silahı istehsal etməyəcək. İslam Respublikası və Birləşmiş Ştatlar zənginləşdirilmiş uranın taleyinin və nüvə proqramı ilə bağlı qarşılıqlı razılaşdırılmış bütün digər məsələlərin, o cümlədən İranın nüvə ehtiyaclarının yekun razılaşmada lazımi qaydada nəzərdən keçiriləcəyi barədə razılığa gəliblər. yekun razılaşma bu maddənin müddəalarını təsdiqləyəcək;

9. İran və Birləşmiş Ştatlar razılaşıblar ki, yekun razılaşma əldə olunana qədər onlar status-kvonu qoruyub saxlayacaq. İran öz nüvə proqramında status-kvonu qoruyacaq, Birləşmiş Ştatlar isə İrana qarşı yeni sanksiyalar tətbiq etməyəcək və ya regiondakı qüvvələrini gücləndirməyəcək;
 
10. Birləşmiş Ştatlar öhdəsinə götürür ki, bu Anlaşma Memorandumunun imzalanmasından dərhal sonra və sanksiyaların ləğvi tarixinə qədər ABŞ-nin Maliyyə Nazirliyi İranın xam neftinin, neft-kimya məhsullarının və onun törəmələrinin ixracı, habelə bank, sığorta, nəqliyyat və bu kimi bütün əlaqəli xidmətlər üçün istisnalar təqdim edəcək;

11. Birləşmiş Ştatlar öhdəsinə götürür ki, yekun razılaşmanın əldə olunması üzrə danışıqlardakı irəliləyişlər fonunda İranın dondurulmuş və ya istifadəsi məhdudlaşdırılmış vəsaitləri və aktivləri blokdan çıxarılacaq və tam əlçatan olacaq. Bu vəsaitlər, əsas hesabda olub-olmamasından və ya köçürülməsindən asılı olmayaraq, İranın Mərkəzi Bankı tərəfindən müəyyən edilən hər hansı yekun ödənişlər üçün istifadə olunacaq. Birləşmiş Ştatlar bu əsasda bütün lazımi icazə və lisenziyaları verməyi öhdəsinə götürür;

12. İran və Birləşmiş Ştatlar yekun razılaşmanın uğurla yerinə yetirilməsi və ona gələcəkdə riayət olunmasına nəzarət edəcək icra mexanizmin yaradılacağına razılaşır;

13. Bu Anlaşma Memorandumunun imzalanmasından və sənədin 4, 5, 10 və 11-ci maddələrinin icrasına başlanmasına, habelə bu addımların gələcəkdə həyata keçirilməsinə dair zəmanətlər alındıqdan sonra İran və ABŞ yalnız qalan maddələrlə bağlı yekun razılaşmanın bağlanması üzrə danışıqlarda iştirak edəcək;

14. Yekun razılaşma BMT Təhlükəsizlik Şurasının məcburi qətnaməsi ilə təsdiq ediləcək.
OXŞAR XƏBƏRLƏR