Al Bano bağışlanması üçün Azərbaycana müraciət edib

Al Bano bağışlanması üçün Azərbaycana müraciət edib
ŞOU-BİZNES
16:55 07.11.2013
934

Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısında adı olan dünya şöhrətli müğənni Al Bano ölkəmizin İtaliyadakı səfirliyinə məktubla müraciət edib.

Bu barədə AZXEBER.COM-a XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevaçıqlama verib.

Onun sözlərinə görə, müğənni müraciətdə adının “qara siyahıda” olmasından təəssüfünü ifadə edib.

“Al Banonun adı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısındadır. İtaliyalı müğənni müraciətində ümumiyyətlə regionda mövcud olan problemdən, Ermənistan- Azərbaycan münaqişəsindən xəbərsiz olduğunu vurğulayıb və Azərbaycan Respublikasına böyük hörmət və rəğbət bəslədiyini bildirib.

O hansısa bir siyasi məqsəd güdmədiyini, bir musiqiçi olduğunu qeyd edib. Azərbaycana yenidən səfər etməyin onun üçün keçmişdəki kimi böyük şərəf olduğunu, gözəl Azərbaycan xalqına öz musqisi və dərin ehtiramını təqdim etdiyini vurğulayıb. Azərbaycan tərəfinin onun bu şərəfə yenidən nail olmasına imkan verəcəyinə ümid etdiyini bildiurib”.

E.Abdullayev rəsmi Bakının Al Banonun müraciətinə baxacağını deyib.

“Bilirsiniz ki, Azərbaycan bu məsələyə çox ciddi və həssaslıqla yanaşır. Biz “qara siyahını” dərc edəndə də bəyan etmişdik ki, orda adı olan şəxslər işğal olunmuş ərazilərə səfərlərindən peşmançılıq keçirdiklərini və ölkəmizə hörmət və rəğbətlərini ifadə etdikləri təqdirdə, rəsmi Bakı həmin şəxslərin siyahıdan çıxrılması məsələsinə baxacaq”.

Qeyd edək ki, dekabrın 18-də Bakıda San-Remo Festivalının iştirakçıları və qalibləri olmuş, Al Bano, “Ricci e Poveri” qrupu, Rikkardo Folyi, Umberto Totsi, Toni Espozito, Pupo, Matia Bazar, Al Bano, Fiordaliso, İvana Spanyanın “Crystal Hall”da ilk dəfə çıxış edəcəklər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub