Al Banonun adı XİN-nin “qara siyahı”sından çıxarılıb

Al Banonun adı XİN-nin “qara siyahı”sından çıxarılıb
SİYASƏT
17:12 14.11.2013
1322

Azərbaycan Xarici İşlər Nazirliyi italyan müğənni Al Banonun adını “Qara siyahı”dan çıxarıb.

AZXEBER.COM xəbər verir ki, onun adı XİN-in rəsmi saytında yerləşdirilən Azərbaycana gəlməsi arzuolunmayan şəxslərindən siyahısından çıxarılıb.Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın işğal olunan ərazilərinə səfər edən Al Bano ölkəmizin İtaliyadakı səfirliyinə müraciət edərək bundan təəssüf hissi keçirdiyini bildirmiş və Qarabağ münaqişəsi barədə məlumatsız olduğunu qeyd etmişdi. Bakıda “Crystal Hall”da dekabrın 18-də San-Remo festivalının müxtəlif illərdə qaliblərinin konserti keçiriləcək. Konsertdə “Ricci e Poveri” qrupu, Rikardo Foli, Umberto Totsi, Toni Espozito, Pupo, Matia Bazar, Fiordalizo, İvana Spanya ilə yanaşı Al Bano da çıxış edəcək.

OXŞAR XƏBƏRLƏR