Yəmənin cənubundakı Lahc əyalətində yerləşən Əl-Anad hərbi aviabazasında silsilə partlayışlar baş verib.
Bu barədə Yəmənin "Al Mashhad” portalı məlumat yayıb.
Qeyd olunub ki, cümə axşamı aviabazanın silah anbarlarından birində partlayışlar baş verib. Hərbi obyektin üzərində qara tüstü qalxıb, bazaya yaxın ərazilərdə və qonşu Ədən əyalətinin kənarında partlayış səsləri eşidilib.
Xatırladaq ki, Əl-Anad aviabazası ölkənin ən böyük bazalarından biridi.
///report