Albaniyada “Azərbaycan mədəniyyət həftəsi” baş tutdu - FOTOLAR

MƏDƏNİYYƏT
14:14 04.09.2023
1040

Albaniyanın Tirana şəhərində Azərbaycanın zəngin mədəniyyəti, kulinariyası və incəsənət inciləri bu ölkənin ictimaiyyətinə təqdim olunub.

Mədəniyyət Nazirliyindən AZXEBER.COM-a bildirilib ki, tədbirin ilk günündə Tirana Milli Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərginin açılışı olub və Ümummilli Liderin şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi ziyarətçilərə təqdim edilib.

Həmçinin Heydər Əliyev Fondunun Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan fotosərgisi, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından görkəmli rəssamlarımızın əsərləri və Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından əsrarəngiz xalçalar nümayiş olunub. Burada ziyarətçilər üçün VR - virtual reallıq qurğuları vasitəsilə Azərbaycanla virtual tanışlıq imkanı yaradılıb.

Eyni gündə Tirana şəhərinin İsgəndərbəy meydanında Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi altında Kamera Orkestrinin müşayiəti ilə Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, Elvin Qəniyev, həmçinin Sədəf Budaqova və İbrahim Babayevin ifasında milli musiqimizin inciləri tamaşaçılara təqdim olunub. Albaniyanın mədəniyyət naziri xanım Elva Margariti, Albaniyada akkreditə olunan xarici ölkə səfirləri və digər rəsmilər konserti izləyənlər arasında yer alıblar.

Növbəti gün "Natiq” ritm qrupu və "Mirvari” rəqs ansamblı rəngarəng proqramla çıxış ediblər. "Qavaldaş”, "Qarabağ”, "Yanardağ”, "Mehriban”, "Sarı gəlin” və s. kompozisiyalarını yerli auditoriya böyük coşqu ilə qarşılayıb.

Musiqi və rəqslərimizin ecazkar çələngi ilə bərabər səhnədəki monitorda Azərbaycanın tarixi, coğrafiyası, milli xalçalarımız, şəbəkə sənəti, İçərişəhər, Şuşa və Cıdır düzünün görüntüləri izləyicilərin böyük marağına səbəb olub.

Tədbirin son günündə Tirananın "Reja The Could” pavilyonunda Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş və Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə rəngli formatda bərpa olunmuş "Arşın mal alan" filmi nümayiş etdirilib.

Sonrakı gün Tirananın İtaliya meydanında Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın rəhbərlik etdiyi Buta qrupunun etno-caz konserti təşkil edilib. Qrup ənənə və müasirlik arasında körpü yaradaraq, müxtəlif janrlarda sintez xarakterli improvizasiyalar ifa edib.

Azərbaycan mədəniyyət həftəsi çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə İsgəndərbəy meydanında yerli sakinlərə ölkəmizin milli mətbəx nümunələri, milli şirniyyatlarımızdan çələnglər və müxtəlif təbliğat-nəşr materialları təqdim olunub.

Mədəniyyət günləri çərçivəsində Azərbaycan nümayəndə heyəti Albaniyanın mədəniyyət naziri xanım Elva Margariti, Tirana şəhər meri Erion Veliac və Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə olunub.

 








OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir