Albaniyanın paytaxtı Tiranada Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesində hakim Astrit Kalaja qətlə yetirilib.
Bu barədə BBC məlumat yayıb.
Məlumata görə, əmlak mübahisəsi ilə bağlı keçirilən iclasda iştirak edən daha iki nəfər - ata və oğul yaralanıb.
Polis qətli törətməkdə şübhəli bilinən 30 yaşlı şəxsi saxlayıb. Yerli medianın məlumatına görə, şübhəli məhkəmə işini uduzacağını düşündüyü üçün hakimə atəş açıb.
Albaniyanın Baş naziri Edi Rama hakim Kalajanın ailəsinə başsağlığı verib. O, ölkə məhkəmələrində təhlükəsizliyin gücləndirilməsinə və silahların qanunsuz daşınmasına görə daha sərt cəzaların tətbiqinə çağırıb.
\apa