“Albert Aqarunova heykəl qoyulması İsraillə dostluğun nümunəsidir” - Yevda Abramov

“Albert Aqarunova heykəl qoyulması İsraillə dostluğun nümunəsidir” - Yevda Abramov
SOSİAL
12:06 04.09.2019
3479
"Nərimanov rayonunun ən gözəl guşəsində Milli Qəhrəmanımız Albert Aqarunova heykəl qoyulması Azərbaycan dövlətinin, millətinin, xalqının Milli Qəhrəmanına münasibətinin təzahürüdür”.
 
AZXEBER.COM xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Yevda Abramov deyib. 

Deputat vurğulayıb ki, xalq öz qəhrəmanını unutmamalıdır: "Xalq onları heykəllərdə, küçə adlarında, oxuduğu məktəblərin adlarında yaşatmalıdır. Həm də bu qəhrəmanlar insanların ürəklərində yaşamalıdır. Belə olmasa, biz gələcəkdə indiki cavanlardan qəhrəmanlıq gözləyə bilmərik. Onlar bilməlidir ki, nəyin uğrunda canlarını fəda verirlər”. 

Y.Abramov qeyd edib ki, Bakıda Albert Aqarunova heykəl qoyulması İsrail və Azərbaycan xalqları arasında möhkəm dostluğun nümunəsidir: "Albert Aqarunov başqa millətin nümayəndəsi kimi Şuşa uğrunda döyüşərək həlak olub. Ancaq həlak olsa da, əbədi yaşayacaq. Bu şəhidliyin ən yüksək zirvəsidir. Çoxları deyir ki, elə kasıb-kusubun balası gedib ölür, yaddan çıxır. Amma elə deyil. Sıravi bir fəhlə ailəsində doğulan tornaçı qəhrəmanlıq göstərdi. Əvvəlcə onu ancaq ailəsi, oxuduğu sinifin şagirdləri tanıyırdı. İndi isə bütün dünya tanıyır. Adı əbədiləşdi. Xalqının da başını uca etdi, doğulduğu torpağın da. Azərbaycanı dünyaya tanıtdı ki, bu torpaq belə igidlər yetişdirən diyardır. Hər bir insan, hər bir xalq öz qəhrəmanına belə doğma münasibət bəsləməlidir”. 

Xatırladaq ki, Bakıda Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədilə heykəli ucaldılıb. Heykəl Nərimanov rayonunda Milli Qəhrəmanın adını daşıyan küçədə qoyulub. Hazırda heykəlin quraşdırılma işləri gedir. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
18:10 29.06.2025
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
17:48 29.06.2025
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
17:29 29.06.2025
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
17:12 29.06.2025
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
16:52 29.06.2025
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
16:48 29.06.2025
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
16:24 29.06.2025
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
16:21 29.06.2025
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
16:09 29.06.2025
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
15:45 29.06.2025
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
15:40 29.06.2025
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
15:30 29.06.2025
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI