Göyçayda 50 yaşlı kişi ağacdan yıxılaraq ölüb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bığır kəndində baş verib.
Kənd sakini Müşfiq Şirinov ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılıb.
O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.