İngiltərənin Hall şəhərində aldadıldığını öyrənən 31 yaşlı Kirsti Allen adlı qadın sevgilisinin gizli məşuqəsinə çəkiclə hücum edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik kamerasına anbaan qeydə alınan görüntülərdə Allenin qurbanın arxasına keçərək ona hücum etdiyi görülüb.
Hadisədən sonra verilən ifadələrdə zərərçəkənin körpücük sümüyündə sınıq olduğu bildirilib.
Hadisədən sonra həbs edilən iki uşaq anası 18 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə sənədlərində də qeyd olunub ki, Allen 2008-2010-cu illər arasında 11 cinayət qeydinə malik olub.
Mikayıl