Aleks de Souzanın yeni komandası məlum oldu

İDMAN
08:01 18.10.2012
1192

Türkiyənin “Fənərbaxça” klubundan ayrılan braziliyalı futbolçu Aleks de Souzanın yeni komandası müəyyənləşib.Qol.Az-ın “Globo”ya istinadən verdiyi məlumata görə, 35 yaşlı hücumameylli yarımmüdafiəçi Braziliya “Koritiba”sı ilə razılığa gəlib.

Klub rəsmiləriylə görüşündə Aleks ona təklif olunan müqavilə şərtləri ilərazılaşıb. O, iki illik anlaşmaya qol çəkəcək. Bu barədə rəsmi açıqlama oktyabrın 20-də veriləcək.

Qeyd edək ki, Aleks de Souza futbolçu karyerasına 1995-ci ildə məhz “Koritiba”da başlayıb. O, “Fənərbaxça”ya 2004-cü ildə transfer olub.

OXŞAR XƏBƏRLƏR