Aleksander Çeferin: "AVRO-2020-nin təşkilatçı şəhərlərindən üçündə problemlər var"

İDMAN
22:22 16.05.2020
968
UEFA Avropa çempionatını əvvəlcədən planlaşdırıldığından az şəhərdə keçirməyə hazır olacaq.

Bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin açıqlama verib.

UEFA martın 17-də AVRO-2020-nin koronavirus pandemiyası səbəbindən təxirə salınmasına dair qərar qəbul edib. 12 iyun - 12 iyulda keçirilməli olan yarış gələn ilin 11 iyun - 11 iyuluna ertələnib.

"Prinsipcə bizim ideya çempionatı elə həmin şəhərlərdə keçirməkdən ibarətdir. Hazırda apardığımız danışıqlara əsasən, 9 şəhərlə bağlı hər şey yerindədir, 3 şəhərin isə problemləri var. Onları biz daha sonra müzakirə edəcəyik. Biz prinsipial olaraq, çempionatı 12 şəhərdə təşkil etmək istəyirik. Amma alınmasa, AVRO-2020-ni 10 şəhərdə də, 9-da da, 8-də də keçirməyə hazırıq" deyə Çeferin bildirib.

Qeyd edək ki, AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. 
 
///Report

OXŞAR XƏBƏRLƏR

X Mostbet