Aleksandr Fray: "Rəqibin "Mançester Yunayted" və ya "Qarabağ" olmasının fərqi yoxdur"

İDMAN
19:04 07.12.2021
233
"Avrokuboklarda mübarizə aparmaq vacibdir. Futbolçular üçün bu qarşılaşmalar hər zaman xüsusidir".

Bunu İsveçrənin "Bazel" klubunun sabiq futbolçusu Aleksandr Fray "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunundan əvvəl "Telebasel"ə açıqlamasında deyib.

42 yaşlı keçmiş hücumçu avrokubok matçlarının rəqibdən asılı olmayaraq xüsusi önəmə malik olduğunu vurğulayıb: "Rəqibin "Mançester Yunayted" və ya "Qarabağ" olmasının fərqi yoxdur".

Qeyd edək ki, "Qarabağ" dekabrın 9-da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

OXŞAR XƏBƏRLƏR