AZXEBER.COM xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Belarusda Sizin Minsk ilə Bakı arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, həmçinin münasibətlərimizin haqlı olaraq əsl dostluq nümunəsi hesab oluna biləcəyi etimad ab-havasının və qarşılıqlı anlaşmanın dəstəklənməsinə verdiyiniz töhfəni yüksək qiymətləndirirlər.
Əminəm ki, Sizin səmərəli fəaliyyətiniz birgə layihələrin həyata keçirilməsinə, Belarus ilə Azərbaycan arasında açıq və konstruktiv dialoq ruhunda əməkdaşlığın bundan sonra da genişləndirilməsinə kömək edəcək.
Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, rifah və yeni nailiyyətlərin əldə olunmasında uğurlar arzulayıram".











































