Aleksandr Merejko: Ermənistan ATƏT-də Ukraynaya qarşı çıxdı

 Aleksandr Merejko: Ermənistan ATƏT-də Ukraynaya qarşı çıxdı
DÜNYA
21:22 30.03.2021
484
ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının (XMM) büdcəsinin qəbul edilməsinin bloklanması xəbəri Kiyev üçün sürpriz olmadı. Belə ki, bir neçə gün əvvəl Ukrayna Xarici İşlər Nazirliyi ATƏT-ə üzv olan bəzi dövlətlərin XMM-nin Ukraynadakı səlahiyyət müddətinin yaxın 12 aya qədər uzadılması qərarının qarşısını almaq istiqamətindəki fəliyyətləri barədə bəyanat verib. Qurumun rəsmi açıqlamasında müvəqqəti işğal olunmuş Donetsk və Luqansk bölgələrindəki missiyanın məhdudlaşdırılmasının ərazidə eskalasiyaya səbəb ola biləcəyi qeyd edilib.

Mövcud mandatı martın 31-də bitən ATƏT missiyasının büdcəsini əngəlləyən ölkələr arasında Ermənistan da var.

Ukrayna Ali Radasının Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Aleksandr Merejko Caliber.Az-a açıqlamasında həqiqətən də bəzi ATƏT-ə üzv dövlətlərin sözügedən missiyanın fəaliyyətinin qarşısını alması faktını təsdiqləyib.

"Bu, son dərəcə xoşagəlməz bir siqnaldır. XMM-in fəaliyyəti, müəyyən mənada rus qoşunlarının Donbas ərazisindəki mümkün hərəkətlərinə qarşı çəkindirici amildir. Missiyanın dayandırılması Donbasda hərbi əməliyyatların daha da genişlənməsinə səbəb ola bilər. Ukrayna bölgədə sakitliyin qorunmasında maraqlıdır və XMM fəaliyyət göstərməzsə, Rusiya bundan mütləq istifadə edəcək”, -deyə komitə sədri bəyan edib.

Mövcud vəziyyətə Kiyevin reaksiyasına gəlincə, parlamentarinin fikrincə, Ukrayna ATƏT üzvü olaraq, yalnız təşkilatın qaydaları çərçivəsində reaksiya göstərə bilər.

"ATƏT büdcəsini əngəlləyən dövlətlərin (Ermənistan da daxil olmaqla - red.) nəyə istinad etdiklərini söyləmək çətindir, lakin Ukrayna açıq şəkildə ATƏT-in fəaliyyətsizliyində maraqlı deyil. Əksinə, Ukrayna Minsk prosesində ATƏT-in oynadığı rolu qiymətləndirir. Ümid edək ki, ATƏT-in büdcəsi təsdiq olunacaq və təşkilat normal fəaliyyətini davam etdirəcək. Ukrayna və Azərbaycan arasında ATƏT çərçivəsində sıx əməkdaşlığa ümid edirik”, -deyə A.Merejko bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər