Moskva "Spartak"ının yarımmüdafiəçisi Aleksandr Səmədov Rusiya yığmasından getdiyini bildirib.
Bu barədə futbolçu özü deyib.
Futbolçu DÇ-2018-in 1/4 final mərhələsində Xorvatiyaya qarşı matçın onun üçün sonuncu olduğunu açıqlayıb. Səmədov 2011-ci ildən Rusiya yığmasında sağ cinah yarımmüdafiəçisi kimi çıxış edib. O, komandada 53 oyun keçirib və 7 qol vurub.
Hazırda Səmədovun 33 yaşı var.
//Qaynarinfo