Ermənistan parlamentinin sədri Alen Simonyan rəsmi İrəvanla Bakı arasında birbaşa təmasları istisna etmir.
O, jurnalistlərə açıqlamasında vasitəçilərin öz maraqlarını təmin etməyə və təsir imkanları yaratmağa çalışdıqlarını deyib: "Sülh prosesində vasitəçilik etməyə çalışan istənilən ölkənin öz maraqları var və bu da təbiidir”.
A.Simonyan bildirib ki, tərəflərin birbaşa təmaslarla bağlı təcrübəsi var: "Məsələn, Azərbaycandakı 32 erməni birbaşa təmaslar nəticəsində qaytarıldı. Amma təbii ki, beynəlxalq ictimaiyyət də nəzərə alınmalıdır”.
///Report