Alena Əliyeva Novruz yarmarkasında - FOTOLAR

Alena Əliyeva Novruz yarmarkasında - FOTOLAR
SOSİAL
21:29 18.03.2026
221
Martın 18-də Alena Əliyeva və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Dənizkənarı Milli Park ərazisində təşkil olunmuş Novruz yarmarkasını ziyarət ediblər.

AZXEBER.COM xəbər verir ki, qonaqlar yarmarkada təşkil olunmuş köşklərə baş çəkib, təamların dadına baxıblar.

Azərbaycanda ilk inklüziv kafe olan "Kaşalata"nın köşkünün fəaliyyəti də diqqətdə saxlanılıb, kafenin əməkdaşlarına təbriklər ünvanlanıb, fəaliyyətlərində uğurlar arzulanıb.

Qonaqlar yarmarka ərazisində təşkil olunan əyləncə məkanına da baş çəkib, hədiyyəli yarışda özlərini sınayıblar.

Alena Əliyeva ziyarətçilər və iştirakçılarla şəkillər çəkdirib, ona hədiyyələr təqdim olunub.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR