İtaliyanın "Monza" klubu Alessandro Nestanı yenidən baş məşqçi vəzifəsinə gətirib.
AZXEBER.COM xəbər verir ki, 48 yaşlı mütəxəssis cəmi 7 həftə öncə istefaya göndərilsə də, komandanın futbolçuları onun qayıdışını istəyib. Klub rəhbərliyi başqa iki namizədlə danışıqlar aparsa da, yekunda futbolçuların istəyini nəzərə alaraq Nestanı komandaya qaytarıb.
Qeyd edək ki, Nesta ötən ilin yayında "Monza"nın baş məşqçisi təyin olunmuş, lakin qeyri-stabil nəticələr səbəbindən dekabr ayında vəzifəsindən ayrılmışdı.
Zəfər Hacılı