“Alfa Ekstrim-Yay Düşərgəsi” layihəsi keçiriləcək

“Alfa Ekstrim-Yay Düşərgəsi” layihəsi keçiriləcək
GƏNCLİK
13:51 07.08.2012
1818

“Qan Donorları Assosiasiyası” İctimai Birliyi və “İRƏLİ” İdman Mərkəzinin birgə təşkilatçılığı ilə 14-20 avqust tarixləri arasında Şamaxı şəhərində gənclər üçün “Alfa Ekstrim - Yay Düşərgəsi” layihəsi keçiriləcək. Layihə gənc donorlar və donorluğa marağı olan 14-29 yaş  arası şəxslərin iştirakı üçün nəzərdə tutulub.   

Layihənin əsas məqsədi gənclər arasında donorluq ideyası və sağlam həyat tərzinin təbliği, gənc donorlardan ibarət şəbəkənin yaradılması, donor olan gənclərin mövzu ilə bağlı biliklərinin artırılmasından ibarətdir.   

Layihə ekstremal şəraitdə, dəniz səviyyəsindən 1000 metr hündürlükdə Şamaxı rayonunun ərazisində, 14-17 avqust və 17-20 avqust tarixləri arasında 2 növbə olmaqla həyata keçiriləcək.

Düşərgə müddətində iştirakçılara aşağıdakı mövzularda təlimlər keçiriləcək:

• İlk tibbi yardım; • Donorluq; • Şəbəkələşmə; • Start-up layihələr; • Layihələrin idarə olunması

Eyni zamanda düşərgə müddətində iştirakçılar ekstremal idman növləri haqqında məlumatlandırılacaq, hikinq və Şamaxı rayonu ərazisində ekskursiyada iştirak edəcəklər.

Layihədə iştirak etmək istəyən şəxslər 11.08.2012-ci il tarixinədək elektron müraciət formasını doldura bilərlər.

QEYD: Yalnız ekstremal şəraitdə yaşamağa fiziki və psixoloji hazır şəxslərin müraciət etməsi xahiş olunur. Düşərgə iştirakçıları qeyd olunan müddət ərzində çadırlarda qalacaq və təlimlər açıq hava altında keçiriləcəkdir.

Düşərgədə iştirak haqqı 55 AZN-dir və bu məbləğə nəqliyyat, qida, yaşayış üçün inventarın icarəsi daxildir.

Əlavə məlumat üçün:

Fuad Əsgərov (Layihə rəhbəri) Tel: (055)7828668 E-mail: [email protected]/* */

OXŞAR XƏBƏRLƏR