“Alfa ekstrim–Bakuriani” düşərgəsi keçiriləcək

GƏNCLİK
14:00 26.01.2014
1569
“İrəli” idman mərkəzinin və “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə fevralın 10-dan 15-dək Gürcüstanın Bakuriani şəhərində gənclər üçün “Alfa ekstrim–Bakuriani” düşərgəsi keçiriləcəkdir.
AZXEBER.COM xəbər verir ki, layihə 18-29 yaş arasında olan şəxslərin iştirakı üçün nəzərdə tutulmuşdur.
Düşərgə müddətində iştirakçılara “Qan donorluğu”, “Sağlam həyat tərzi”, “Ekstremal şəraitdə yaşama üsulları” və digər mövzularda təlimlər keçiriləcəkdir.
Düşərgədə Gürcüstanda yaşayan azərbaycanlı gənclər də iştirak edəcəklər. Layihədə iştirak etmək istəyənlər fevralın 5-dək “İrəli” İctimai Birliyinin rəsmi saytında yerləşdirilən elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər.
Əvvəllər “Alfa ekstrim” düşərgəsi Şamaxı, İsmayıllı, Cəlilabad, Svanetti, İstanbul şəhərlərində keçirilmişdir.

OXŞAR XƏBƏRLƏR