"Ali Baş Komandan tarixi ədaləti uğurla bərpa edir"

"Ali Baş Komandan tarixi ədaləti uğurla bərpa edir"
SİYASƏT
10:01 06.11.2020
486
Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub. Sentyabrın 27-də törədilmiş, erməni tərəfindən təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndlər ağır artilleriya bombardmanına tutulması, düşmən ordusunun açıq-aşkar yeni ərazi iddialarının və havardarlarına böyük inamla regionda münaqişənin daha da gərginləşməsi niyyətlərinin riyakar nümunəsidir.
 
Milli Ordumuz sahib olduğu qətiyyət sayəsində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması ordumuzun çeviklik və peşəkarlıq səviyyəsinin çox yüksək olmasını nəinki düşmənə bütün dünyaya nümayış etdirdi.

Atəşi ilk açan Ermənistandır, mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi.  Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olub. 

Azərbaycan  isə həmişə sülh planına sadiq olub. Ermənistan həmişə münaqişənin sülh yolu ilə həllinə qarşıdır. Danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarətdir. İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları  göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. 
 
Azərbaycan nə qədər çox müdafiə olunursa, daha çox əraziləri azad edir. Azərbaycanın kifayət qədər silah-sursatı, müasir silahları var və onları mənfur düşməndən fərqli olaraq ancaq döyüş meydanında nümayiş etdirir. Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir, büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardır.
 
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsi zamanı vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Minsk qrupu həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idi. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi.

Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib.  Beynəlxalq vasitəçi olan ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki,  ona qulaq assın, lakin belə mesaj verilməyib. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb. 

Azərbaycan daha güclü ola biləcək bəzi başqa vasitəçilər barədə düşünməyə bilməz. Azərbaycan ədaləti bərpa edir və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir. Azərbaycan istənilən halda torpaqlarını azad edəcək.  
 
Cənab Prezident bir neçə müsahibəsində vasitəçi kimi digər ölkələrin də qatıla biləcəyini və ATƏT Minsk qrupunun fəaliyyətinin səmərəsizliyini qeyd edib. 
 
Dövlət başçısı çıxışlarında da hər zaman xüsusi əhəmiyyətlə hərbi texnika və avadanlıqların istehsalı istiqamətində uğurlu inkişafı qeyd edərək daima yeni və strateji planların icrasını vurğulamışdır. Bütün həyata keçirilən fəaliyyət və uğurlu nəticələr bu gün ölkəmizin hərbi potensialının, döyüş qabiliyyətinin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir və ordumuzun potensialını sübut etdirir. 
Qərb jurnalistləri ilə müsahibələr həmin KİV-lərin qərəzini və  peşəkar jurnalistikadan uzaq olduqlarını göstərir. Nədənsə ARD müxbiri "Amnesty International” və "Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə  qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləməsi faktının üstündən keçir. Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlər sualları prokuror ədası ilə verir, faktları dəqiqləşdirmir, xristian təəssübkeşliyi edir, müsahibi ilə polemika girməyə cəhd edirlər. Bunlar media prinsiplərinə ziddir. Azərbaycan mediası və QHT-lərlə bağlı Qərb qrantlarının təyinatının heç də medianın, söz azadlığının inkişafına xidmət etmədiyini sübut etmək üçün bu günlər Qərb mediasının sərgilədiyi mövqeni xatırlatmaq lazımdır. Qərb media standartları deyilən təbliğatın mənasızlığı sübut olunur.

Vətən müharibəsi Azərbaycanın Müzəffər Ordusunun uğurları və şücayəti ilə davam edir. Azərbaycan xalqı Ali Baş Komandanın qələbə müjdəsini hər az səbirsizliklə gözləyir. Xalqımız işğaldan azad olunan torpaqlara tezliklə qovuşacaq, həsrət sona çatacaq. Qarabağ uğrunda mübarizə bizim haqq və ədalət savaşımızdır. Qarabağ bizimdir!  Qarabağ Azərbaycandır!

Naftalan sakini Hatəm Qocayev

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu