Ali Baş Komandana yeni səlahiyyətlər verilir

Ali Baş Komandana yeni səlahiyyətlər verilir
SOSİAL
16:47 30.10.2017
1360

Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Prezidenti) yeni səlahiyyətlər verilə bilər.

AZXEBER.COM xəbər verir ki, "Müdafiə haqqında” qanunun 5-ci maddəsinin altıncı bəndinə əlavələr ediləcək.

Layihəyə əsasən, Azərbaycan Ali Baş Komandanı (Azərbaycan prezidenti) Silahlı Qüvvələrin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti ilə yanaşı, Silahlı Qüvvələrin elmi müəssisə və təşkilatlarını yaratma, yaxud ləğv etmə səlahiyyətinə də malik olacaq.

Dəyişiklik Milli Məclisin sabah keçiriləcək plenar iclasında müzakirə ediləcək.


OXŞAR XƏBƏRLƏR