Ali Baş Komandanın əmrində, xalqımızın xidmətindəyik

Ali Baş Komandanın əmrində, xalqımızın xidmətindəyik
SOSİAL
11:03 18.12.2020
574

Modern Group tərkibinə daxil olan və tibb sahəsində mühüm işlər görən Medicenter MMC və Modern Hospital MMC olaraq sentyabrın 27-dən başlayan vətən müharibəsinin Allahın izni, Ali Baş Komandanın əmri, ordumuzun şücaəti, şəhidlərimizin qanı ilə "8 noyabr”ı tarixin səhifələrinə şanlı hərflərlə "Qələbə Günü” kimi yazdıraraq müharibənin lehimizə tamamlanması münasibətilə şəhid analarının əllərindən öpür, xalqımızı və bütün türk dünyasını könüldən təbrik edirik!

2-ci Qarabağ müharibəsi gedişatında istər ön cəbhədə ordumuzun əvəzolunmaz və danılmaz zəhməti, istərsə də arxa cəbhədə həm şirkətlər, həm vətəndaşlar, uşaqdan böyüyə hər kəs həmrəylik göstərərək ön cəbhəyə fiziki, maddi dəstək olmağa çalışmışlardır. Bu sahədə "Medicenter” və "Modern Hospital” da ordumuza dəstək məqsədli bir sıra işlər görüblər.

2018-ci ildən travmatoloji sahədə fəaliyyət göstərən ABŞ-nın Zimmer Biomet, Polşanın ChM firmalarının ölkəmizdəki rəsmi eksklüziv təmsilçisi olan "Medicenter” müharibə dövründə cəbhə bölgəsinə yollanan 10-dan çox həkim-travmatoloqlara tibbi təyinatlı malları (travmatoloji alət-avadanlıqları, sərfiyyatları, "İlizarov” aparatları və s.) tam təmənnasız olaraq ianə etmişdir. Vətən Müharibəsinin ilk günündən başlayaraq yaralı əsgərlərimiz, zabitlərimiz üçün əməliyyatların keçirilməsi məqsədi ilə travmatoloji sərfiyyatlar cəbhəyə yaxın xəstəxanalara göndərilib, bu günə kimi 20 000 AZN məbləğində olan travmatoloji sərfiyyatlar istifadə edilmişdir. "Medicenter”in kollektivi istər cəbhə bölgəsində, istərsə də Bakıda fəaliyyət göstərən həkim-travmatoloqlara lazımi köməyi təmin etmək üçün səfərbər olmuşdur.

2008-ci ildən fəaliyyət göstərən və hər il on minlərlə pasiyentin etibarını qazanmış "Modern Hospital” da müharibə dövründə fəal iştirak etmişdir. Həm cəbhə bölgəsində aktiv hərbçi kimi əlində silah düşmənlə vuruşaraq həm də cəbhədə vətənə xidmət edənlərin sağlamlıqlarının keşiyində duran 27 nəfərlik tibbi briqada fəaliyyət göstərmişdir. Əlavə olaraq yaralı əsgər və zabitlərimizin əməliyyatında, müalicəsində istifadə üçün 30 000 AZN-lik tibbi ləvazimatlarla təmənnasız şəkildə ordumuza dəstək olmuşdur.

Həmçinin, müalicələrinin daha əlverişli və təminatlı şəraitdə davam etdirilməsi məqsədilə cəbhədə yaralanmış əsgərlərimizdən bəziləri Modern Hospitala təxliyə olunmuşlardır. 2 ay müddətində 14-ü stasionar, 20-si ambulator olmaqla ümumilikdə 34 hərbçimizin müalicəsi tam təmənnasız şəkildə yerinə yetirilmişdir.

Vətənə xidməti özünə şərəf bilənlərə xidmət göstərmək, bizlər üçün ən böyük qürur mənbəyidir!

QARABAĞ AZƏRBAYCANDIR!!!

https://modernhospital.az/

https://medicenter.az/

OXŞAR XƏBƏRLƏR