"Fənərbaxça"nın prezidenti Ali Koç "Qalatasaray"la "Fənərbaxça" arasında baş tutacaq Türkiyə Super kuboku matçının Azərbaycanda keçirilməsinin əleyhinədir.
AzxeberSport xəbər verir ki, bu iddia ilə türkiyəli jurnalist Eyüp Yıldız çıxış edib.
O bildirib ki, Ali Koç Azərbaycanda "Qalatasaray" azarkeşinin çox olduğunu əsas gətirərək Superkubok matçının Bakıda keçirilməsinin qarşısını almaq üçün TFF-yə müraciət edəcək.
Qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatında Super Liqada bəzi matçların Bakıda keçiriləcəyi iddiası yayılmışdı. "Qalatasaray" klubunun da bu təklifin reallaşmasının tərəfdarı olduğu deyilir.