Ali Məclisdən hansı qərar çıxacaq? - Gözlər Naxçıvanda

Ali Məclisdən hansı qərar çıxacaq? - Gözlər Naxçıvanda
SOSİAL
12:58 23.02.2017
2785

Naxçıvan Ali Məclisi toplanır.

Bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 5-ci sessiyasının iclası çağrılıb. İstiPress-in əldə etdiyi məlumata görə, iclasın gündəliyində konstitusiyaya dəyişiklik edilməsi, 2016-cı ilin büdcəsinin icrasının təsdiqi məsələlərinin müzakirəsi daxildir. 

Qeyd edək ki, dünən ölkə mətbuatı Ali Məclisin fövqəladə sessiyasının çağırıldığı barədə məlumat yaymışdı. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun vitse-prezident təyin ediləcəyi, konstitusiyaya da dəyişikliklərin məhz bu səbəbdən ediləcəyi qeyd edilirdi. 

Məlumatlara görə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər Azərbaycanın idarə sistemində dəyişikliklərlə - vitse-prezident institutunun tətbiqi ilə bağlıdır. 


OXŞAR XƏBƏRLƏR