Ali Məhkəmə Dönərxana sahibinin şikayətini təmin etmədi - Qərar sakinlərin xeyirinədir!

Ali Məhkəmə Dönərxana sahibinin şikayətini təmin etmədi - Qərar sakinlərin xeyirinədir!
SOSİAL
16:57 18.09.2018
3940
Ali Məhkəmə Dönərxana sahibinin şikayətini təmin etmədi - Qərar sakinlərin xeyirinədir!

AZXEBER.COM xəbər verir ki, uzun zamandır Bakı şəhəri Səbail rayonu Rəsul Rza küçəsi ev 19 ünvanında yaşan sakinlərlə, həmin binanın bir girişi olmağını nəzərə almayaraq, həmin girişdə dönərxana abyekti tikdirərək, binanın ümumi girişinin demək olar bütün hissəsini bağlayan şəxslə məhkəmə prosesləri davam edir.

Bütün məhkəmə proseslərində abyektin qanunsuz tikinti olduğunu və sakinlərin xeyirinə qərar çıxarıldığı halda, dönərxana sahibi son olaraq bu qərarlardan Ali Məhkəməyə kassasiya şikayət ünvanlayıb.

Nəhayət Ali Məhkəmədə görüşən sakinlərlə dönərxana sahibi bu dəfədə məhkəməni uduzmalı olub. Belə ki, Ali Məhkəmə dönərxana sahibinin şikayəti təmin etməyərək, bundan əvvəlki məhkəmələrdə verilən qərarı qüvvədə saxlayıb.

Bu barədə sakinlərə Aparatın rəhbərinin müavini Orxan Musayev yazılı şəkildə məhkəmənin qərarından xəbər verib.

Qeyd edək ki, dönərxana binanın tək girişi olmağına baxmayaraq inşa edilib, və abyekt kimi istifadə edilirdi. Dönərxana binanın həyətinə daxil olacaq sakinlərə çətinlik yaradır, o cümlədən yanğın söndürən, təcili yardım avtomobilləri başda olmaqla bütün avtomobillərinin daxil olmasına imkan vermirdi.
 

 


OXŞAR XƏBƏRLƏR