AZXEBER.COM xəbər verir ki, məsələ "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, sözügedən Qanunun 21.5-ci maddəsinə əsasən, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqları halda, çağırışa möhlət hüquqlarını itirirlər.
Qeyd edək ki, qanunvericiliyə əsasən, təhsil alan şəxslərə müəyyən hallarda hərbi xidmətə çağırışdan möhlət hüququ verilsə də, bu hüququn qorunması üçün qanunla müəyyən edilmiş tələblərə əməl olunmalıdır.











































